Turizm Nazirliyi hara baxır: Tufandağda qiymətlər od tutub yanır

26-11-2015, 13:20
0
Turizm Nazirliyi hara baxır: Tufandağda qiymətlər od tutub yanır


Şahdağ və Tufandağda xizək sürməyin qiymətləri AÇIQLANDI.

Azərbaycanın əsas qış turizm kompleksləri mövsümə nə vaxt başlayacaqlarını açıqlayıblar.
 
Qusardakı «Şahdağ» turizm kompleksi dekabrın 15-dən, Qəbələdəki «Tufandağ» qış turizm komplekesi isə dekabrın 20-dən turistləri qəbul etməyə başlayacaq.
 
Bu komplekslərdə ənənəvi qış turizm xidmətlərinin qiymətləri də artıq məlumdur. Şahdağda xizək avadanlıqlarından bir günlük istifadə üçün böyüklər 25 manat, uşaqlar isə 17 manat ödəməlidirlər. Kanat yolundan istifadə qiyməti isə hələlik məlum deyil.
 

 

«Tufandağ» kompleksində isə bütün qiymətlər məlumdur. Burada kanat gəzintisi 6 yaşadək uşaqlar üçün pulsuz, 6 yaşdan böyüklər üçün isə gündə 10 manatdır. «Tufandağ»da xizək avadanlıqlarından istifadə qiymətləri isə böyüklərə yarım gün üçün 30 manat, bütöv günlük isə 45 manat ödəməli olacaqsınız. 6 yaşınadək uşaqlar üçün isə xizək avadanlıqlarından istifadə qiyməti yarım gün üçün 20 manat, bütöv gün üçün isə 30 manat təşkil edir.
скачать dle 12.1
Xəbər lenti