Avro 1 gündə 3 faiz bahalaşdı. Manatın taleyi necə olacaq?
4-12-2015, 13:07
0
Avro 1 gündə 3 faiz bahalaşdı. Manatın taleyi necə olacaq?
Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsinin neqativ 0.2 faizdən neqativ 0.3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi.
FaktXeber.org-un məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov sözügedən bankın gözlənilməz qərarının valyuta bazarını, sözün həqiqi mənasında, silkələdiliyini bildirib: "Belə ki, 1.06 dollara təklif edilən avro artıq 1.093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir".
Onun sözlərinə görə, avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək: "Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilkdə dəfə olaraq manatı dollara nisbətən hiss edilən fazilə möhkəmləndirib".
İqtisadçı alim avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamızın dollara nisbətən yenidən müqayisəli güclənə biləcəyini vurğulayıb.
скачать dle 12.1