SOCAR: TANAP-ın tikintisinin sürətləndirilməsi üçün siyasi qərar verilib

7-12-2015, 14:50
0
SOCAR: TANAP-ın tikintisinin sürətləndirilməsi üçün siyasi qərar verilib
"Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz".
 
Bu barədə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə açıqlamasında deyib.
 
K. Yavuz bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində TANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib.
 
"Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik", - deyə K. Yavuz bildirib.
 
Türkmənistan qazının da Avropaya TANAP-la nəql olunmasına işarə edən K. Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.
скачать dle 12.1
Xəbər lenti