Kreditlər niyə manatla tələb olunur? -İqtisadçı açıqlayır

4-09-2015, 11:01
0
Kreditlər niyə manatla tələb olunur? -İqtisadçı açıqlayır

İqtisadçı Natiq Cəfərli bankların manevr etməsinə dair sosial şəbəkədə fikirlərini səsləndirib.

 

"Bütün banklar və bank olmayan kredit təşkilatları əvvəl ancaq dollarla kredit verirdilər. İndi isə israrla müştərilərinə zəng edirlər ki, dollarla olan kreditlərini manata çevirsinlər. Bəzi saytlar da bunu manata güvənin artması kimi qələmə verirlər.

 

Əslində səbəblər başqadır:

 

1) 1'ci devalvasiyadan sonra bank sistemi hələ özünə gəlməyib, stress vəziyyətindədir. Əksər banklar borc içindədir, fevraldan sonra instinktiv olaraq (uzun vadəli strateji düşüncə, riks idarə etmesi yoxdur axı) hamısı kreditləri dollarla verməyə başladı.

 

2) Son analizlər göstərir ki, geri dönüşü problemli olan kreditlər sürətlə artır, əsas da dollarlı kreditlər.

 

3) Banklar manata keçməklə həm kreditin % dərəcəsini qaldırırlar, həm də gələcəkdə dollarla olan kreditlərdə yarana biləcək problemlərdən özlərini sığortalamaq istəyirlər.

 

4) Banklar anlayırlar ki, növbəti devalvasiya dollarla olan kreditlərin geri dönüşünü müşkülə salacaq, insanlar kreditlərini bağlaya bilməyəcəklər. 
Beləliklə, manata keçidlə banklar əslində öz devalvasiya gözləntilərinin yüksək olmasını göstərirlər. Amma kreditlər manatla da olsa, belə yüksək % lərlə geri dönüşləri çətinləşəcək. Problemli kreditlərin həcmi hər ay artacaq, çünki həm iş yerləri qapanır, həm də gəlirlər aşağı düşür.

 

2016'cı ilin büdcəsində kəskin azalma olsa, bu problemli kreditlərin həcmini xeyli artıracaq. Yəni, bankların manat kreditlərinə keçməsi heç də yaxşı əlamet deyil"...

 

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti