Pensiyaçılara müjdə!

9-12-2015, 16:40
0
Pensiyaçılara müjdə!
Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq bu ilin dekabr ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb.
 
Bu haqda DSMF-dən bildirilib. Qurumun mətbuat katibi Əmrah Cəfərovun sözlərinə görə ümumi vəziyyətə görə hazırda pensiyalar vaxtında verilir.
 
"Artıq Bakı şəhəri üzrə pensiyaların verilməsinə dekabrın 8-dən başlanılıb. Qalanları da qrafik üzrə veriləcək. Ödənişlərdə heç bir problem yoxdur"-deyə qurum sözcüsü əlavə edib.
 
Qeyd edək ki, 01.10.2015-ci il tarixinə görə ölkə üzrə əmək pensiyaçılarının sayı 1294463 nəfər təşkil edir.
скачать dle 12.1
Xəbər lenti