ABŞ Mərkəzi Bankı – FED-in uçot dərəcəsini artırması o demək deyil ki, sabah manatın devalvasiyası olacaq.
Fins.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, sabah Azərbaycanda dollar bahalaşa bilər, amma devalvasiya qərarı FED-in qərarından birbaşa asılı deyil: "Ola bilər dollar sabah manata münasibətdə cüzi bahalaşsın. Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Əgər FED-in qərarından sonra dollar avroya münasibətdə bahalaşsa, sabah manatın ucuzlaşmasını da istisna etmirəm. Hər şey avro/dollar məzənnəsinin davranışından asılı olacaq. Manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir".