Fermerlərə güzəştlər ilə bağlı – YENİ DƏYİŞİKLİK

29-08-2015, 17:24
0
Fermerlərə güzəştlər ilə bağlı – YENİ DƏYİŞİKLİK
Nazirlər  Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2008-ci il 13 iyun tarixli qərarında dəyişiklik edib.
 
Dəyişiklik buğda və çəltik səpini ilə bağlıdır.
 
Dəyişikliyə əsasən bundan sonra kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası və Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidirlər. 
скачать dle 12.1
Xəbər lenti