RT telekanalına istinadən verdiyi məlumata görə, Suriyada fəaliyyət göstərən əsas terror qruplaşmalardan birinin lideri Rusiya aviazərbələri nəticəsində məhv edilib.
Məlumatı "Reuters" agentliyi və "Əl-Ərəbiyyə" telekanalı da təsdiqləyib. "Əl-Ərəbiyyə" telekanalının məlumatına əsasən "Ceyşul-İslam"ın lideri Zəhran Əlvəş, 10 müavini və qruplaşmanın sözçüsü ilə birgə mərkəzi qərargaha edilən hava hücumu nəticəsində öldürülüb.
Qeyd etmək lazımdır ki, Suriyada fəaliyyət göstərən "Ceyşul-İslam" terror təşkilatı Səudyyə Ərəbistanı, Türkiyə və Qətərin birbaşa dəstəyi ilə yaradılıb və himayə olunur.
Zəhran Əlvəş məşhur səudiyyəli vəhhabi müftisi Əbdüləziz bin Bazın tələbələrindən olub.