“Google” mesaj mübadiləsinə imkan verən proqram hazırlayır
26-12-2015, 22:19
0
“Google” mesaj mübadiləsinə imkan verən proqram hazırlayır
“The Wall Street Journal” nəşri yazır ki, ABŞ-ın “Google” korporasiyası məlumat mübadiləsi üçün yeni proqram hazırlayır.
İnternet nəhənginin planına görə, yeni tətbiqdə sual vermək və internetdə tapılmış informasiya əsasında sualı cavablandırmaq üçün xüsusi funksiya əlçatan olacaq.
Bununla belə, proqramın əsas təyinatı mətn mesajlarının göndərilməsi və qəbulu olacaq.
“Google”un yeni xidmətini təqdim edəcəyi tarix məlum deyil.
Məlumat üçün bildirək ki, dünyada təqribən 2 milyard insan mətn mesajlarının göndərilməsi proqramlarından istifadə edir.
скачать dle 12.1