Azərbaycan bazarına 194 milyon dollar çıxarıldı

18-01-2016, 16:32
0
Azərbaycan bazarına 194 milyon dollar çıxarıldı
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, ARDNF tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 193 mln. 896 min ABŞ dolları məbləğində vəsait 28 banka satılıb.
 
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
скачать dle 12.1
Xəbər lenti