"İnsanlar iş yerlərini və qazanclarını sürətlə itirirlər"

19-01-2016, 16:51
0
"İnsanlar iş yerlərini və qazanclarını sürətlə itirirlər"
Bu gün  jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dollarda olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini müzakirə etmək lazımdır.
 
Elman Rüstəmovun fikirlərinə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edib ki, son 2 qərarın mahiyyəti haqqında: 1) 5000 minə qədər olan dollar kreditlər 1,05 məzənnəsi ilə qaytarıla bilər, amma bunun üçün 250 mln. dollar vəsait lazımdır, vəsaitin mənbəyi isə yoxdur. Məncə, bu məsələ çətin həll olunacaq, çünki: a) Büdcədə bu nəzərdə tutulmayıb, gərək dəyişiklik ola, b) Neft Fondundan həmin vəsaitin götürülməsi də problem yaradacaq.
 
Daha bir önəmli məsələ budur ki, insanlar iş yerlərini və qazanclarını sürətlə itirirlər, hətta 1,05-lə belə borclarını qaytara bilmirlər, bir daha xatırladım ki, 2015-ci ilin yanvarın 1-nə problemli kreditlər 900 mln. manat idi, 2-ci devalvasiyaya qədər artıq problemli kreditlərin həcmi 1,7 mlrd. manata çatmışdı – yəni, kreditlərin qaytarılması 1,05-lə belə artıq problem olmuşdu. İnsanların pulu, qazancı yoxdur, istəyir məzənnə 1,05 olsun, ya 1,55 – bu məsələ necə çözüləcək?
 
Daha bir məqam budur ki, məsələn, Adil 5000-ə qədər kreditini vaxtlı-vaxtında ödəyirdi, Akif ödəmirdi, əgər indi güzəşt olacaqsa, Adilə daha çox güzəşt olmalıdır – onun faiz dərəcəsi salınmalı, müddəti uzadılmalı, Akifdən daha üstün şərtlər qazanmalıdır ki, bu digər kredit ödəyicilərini stimullaşdırsın, gələcəkdə onsuz da dəfələrlə kerditlər geri dönüşü məsələsi müzakirə obyekti olacaq, sonra 10000, bir müddət sonra 30000, sonra 50000 olan kreditlər gündəmə gələcək. İndidən belə bir president yaranmalıdır ki, yaxşı kredit tarixçəsi olan vətəndaşlar üstünlük qazansınlar, 2) Hökumət 50.000 dollardan yuxarı olan xaricə pul köşürmələrə 20% (!!!) rüsum, vergi tədbiq etmək istəyir. Bu qərar da işləməyəcək, “qara pul köçürmələrin” həcmi və faizi artacaq, yenə kimlərsə əlavə pul qazanacaqlar. Hətta bu qərardan tam leqal və qanuni şəkildə yan keçməyin də yolları var.
 
Bizim hökumət çox sadə bir məsələni anlaya bilmir ki, dünyada heç bir sistem ideyanın və pulun (kapitalın, qazancın) qarşısını ala bilməyib, bu mümkün də deyil...
скачать dle 12.1
Xəbər lenti