Azərbaycan valyuta ehtiyatlarının 24%-ni itirib

1-03-2016, 13:04
0
Azərbaycan valyuta ehtiyatlarının 24%-ni itirib

2015-ci ildə Azərbaycanın valyuta ehtiyatları 24,1% azalıb. Bu ilin əvvəlinə ölkə 38 milyard 590,8 milyon dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 33 milyard 574,1 milyon dolları Dövlət Neft Fondunun(ARDNF), 5 milyard 16,7 milyon dolları isə Mərkəzi Bankın (ARMB) payına düşüb. Ötən ilin əvvəlində isə valyuta ehtiyatlarının məbləği 50 milyard 862,4 milyon dollar təşkil edib. Bunun isə 37 milyard 104,1 milyon dolları ARDNF-də, 13 milyard 758,3 milyon dolları ARMB-də toplanıb. Başqa sözlə, Azərbaycan 2015-ci ildə valyuta ehtiyatlarının 12 milyard 271,6 milyon dollarını itirib.

скачать dle 12.1
Xəbər lenti