Manatla bağlı ən yüksək səviyyədə "qırmızı xətt" açıqlandı

11-03-2016, 14:13
0
Manatla bağlı ən yüksək səviyyədə "qırmızı xətt" açıqlandı
"Hal-hazırda Mərkəzi Bankın manatın məzənnəsinə təcili müdaxilə edə biləcək bir hal yaşanmır".
 
Bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
 
"Manatın məzənnəsinə təsir edən əsas faktor idxalın səviyyəsidir və idxalın səviyyəsindən asılı olaraq manatın məzənnəsi dəyişə bilir. İdxalın səviyyəsi artdıqca, manatın məzənnəsi zəifləyir, idxal azaldıqca manatın dəyəri artır. Üzən məzənnənin məqsədi odur ki, manat öz yerini tapa bilsin. Hal-hazırda Mərkəzi Bankın manatın məzənnəsinə təcili müdaxilə edə biləcək bir hal yaşanmır. Manatın məzənnəsi ilə bağlı hər-hansı "qırmızı xətt" yoxdur və ola bilməz. Məzənnəni bazar müəyyənləşdirir. Ümumilikdə, təbii ki, iqtisadiyyata zərər verə biləcək bir hədd dövlət üçün hər zaman var və o hədd bizim üçün "qırmızı xətt"dir. Bu cür hallarda Mərkəzi Bank öz müdaxiləsini edir", - deyə N. Əmirov qeyd edib.
скачать dle 12.1
Xəbər lenti