Siqaret qaçaqmalçıları ayda nə qədər qazanır?

15-03-2016, 13:57
0
Siqaret qaçaqmalçıları ayda nə qədər qazanır?
"Novoye Vremya" qəzetində "İnhisarçıların yerini qaçaqmalçılar tutur" adlı məqalə dərc edilib. Məqalədə son günlər ölkədə siqaret qıtlığının yaşanmasından bəhs edilir:
 
"Siqaretin nağd pulla satışına qadağa qoyulub. Bundan irəli gələrək, pərakəndə satış şəbəkəsinə məhsul gətirilmir. İkinci devalvasiyadan sonra qiymətlərin bahalaşması üzündən alıcılar daha ucuz siqaret axtarışına çıxdılar. Bu isə qaçaqmal yolu ilə gətirilən siqaretlərin mağazalara yol açmasına səbəb oldu".
 
Müəllifi fikrincə, qaçaqmalçıların məhz siqaretə "məhəbbət" bəsləməsi asan izah edilməlidir: "Çünki çəkisi az, gətirmək asan, gəliri çox. Alıcı istədiyi siqareti mağazadan tapa bilməsə, ucuz qaçaqmal siqaretinə üz tutacaq. Azərbaycanda insanlar gündəlik gəlirlərinin 8.3 faizini siqaretə xərc edirlər. Bu da qeyri-leqal siqaret dövriyyəsinin artmasını göstərir. Üstəlik, bu növ siqaretlər dövlət sərhədlərini asan keçə bilirsə, o zaman bunun arxasında hər iki sərhəddə inhisarçıların durduğu aydın olur. Həftədə sərhədi 3-5 maşın, ayda isə 20 belə maşın keçir. Bu mənada qaçaqmalçıların xalis gəliri ayda 10 milyon avronu ötür".
 
Məqalədə qeyd edilir ki, bu məbləğ böyükdür. Amma dövlət büdcəsinə getmir:
 
"Bu kimə sərfəlidir? Beləliklə, inhisarçılar və qaçaqmalçılar yenidən xalqın hesabına varlanmaq qərarı veriblər. Nə edək ki, bizim iqtisadiyyat belədir".
скачать dle 12.1
Xəbər lenti