Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı saldı

6-04-2016, 19:00
0
Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı saldı
Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb.
 
AzərTAc-a istinadən verdiyi məlumata görə, bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə neftin orta qiymət proqnozu 53 dollar/bareldən 37 dollar/barelə endirilib. Hesabatda, həmçinin neftin orta qiymətinin bu il 30 dollar/barel səviyyəsinə düşə biləcəyi də qeyd edilib.
 
2017-ci ildə neftin orta qiymətinin 48 dollar/barelə qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar/barel edib.
 
Dünya Bankı pessimist ssenaridə 2016-cı, 2017-ci və 2018-ci illər üçün neftin orta qiymət proqnozunu müvafiq olaraq 30, 40 və 45 dollar/barel, optimist ssenaridə isə qiymətin 2016-cı ildə 50, 2017-ci ildə 53, 2018-ci ildə isə 55 dollar/barel olacağını bildirib.
скачать dle 12.1
Xəbər lenti