Gürcüstana ən çox turist Azərbaycandan gedir

2-08-2016, 21:13
0
Gürcüstana ən çox turist Azərbaycandan gedir
Bu ilin ilk 7 ayı ərzində Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 3 400 335 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 17,5% və 208 436 nəfər artaraq 1 401 914-ə çatıb.

Yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+15,1%). İkinci yerdə Türkiyə (+1,6%), üçüncü yerdə Ermənistan (-0,8%), dördüncü yerdə Rusiya (+10,3%), beşinci yerdə isə Ukrayna (+24,3%) qərarlaşıb.

Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.

скачать dle 12.1
Xəbər lenti