“Verilən təkliflərdən biri, 1000 manatdan yuxarı məbləğdə olan nağdsız ödənişlərə aşağı vergi dərəcəsi tətbiq edilməklə nağdız ödənişlərin stimullaşdırılmasıdır”.
Bu sözləri Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
“Bu son təklif deyil. Bu təklif üzərində müzakirələr gedir. Nəzərdə tutulur ki, 1000 manatdan yuxarı nağdsız əməliyyatlar stimullaşdırılsın. Bu təkcə bizdən asılı olan məsələ deyil. Burada bankların xidmət haqları da var. Kommersiya bankları da tarifləri aşağı salaraq bu stimullaşdırma tətbirinə dəstək verməlidirlər.”