SOCAR istiqraz satmağa başlayır

9-09-2016, 15:05
527
SOCAR istiqraz satmağa başlayır

6 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınmışdır və onların emissiya prospekti təsdiq edilmişdir. Bu barədə Palatadan bildirilib.

Məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir.

SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

“MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün istiqraz buraxmağa hazırlaşır. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim edəcək. İstiqrazların satışına isə sentyabrın 20-dən başlanacaq. Son tarix 10 oktyabr 2016-cı ildir.

SOCAR-ın dollar istiqrazının illik gəliri 5%-dir. Faiz gəliri hər 3 aydan bir ödəniləcəkdir.

1 istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır.

Asanlıqla alınıb-satıla bilinəcək istiqraza SOCAR zəmanət verir. İstiqraz üzrə əldə ediləcək gəlir vergidən azaddır.

SOCAR-ın istiqrazını 1 və 5 saylı Asan Xidmət mərkəzlərindən əldə etmək olacaq.

Əlavə məlumatı www.socaristiqraz.az ünvanından əldə etmək olar. 

скачать dle 12.1
Xəbər lenti