Dövlət büdcəsinin kəsiri 119 mln. manat azalıb

16-09-2016, 18:33
0
Dövlət büdcəsinin kəsiri 119 mln. manat azalıb
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8 mlrd. 281,5 mln. manat vəsait daxil olub, büdcədən 9 mlrd. 348,5 mln. manat vəsait xərclənib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin icrasında yaranmış 1 mlrd. 67 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.
 
Xatırladaq ki, yanvar-iyul aylarında dövlət büdcəsinə 7 mlrd. 7,5 mln. manat vəsait daxil olub, büdcədən 8 mlrd. 193,5 mln. manat vəsait xərclənib, büdcənin icrasında 1 mlrd. 186 mln. manatlıq kəsir yaranıb. Kəsir ümumi daxili məhsulun 3,7%-i səviyyəsində olub. 
скачать dle 12.1
Xəbər lenti