Kreditlərin aybaay azalması müşahidə edilir

19-09-2016, 19:22
0
Kreditlərin aybaay azalması müşahidə edilir

Maliyyə xidmətləri hələ də əhali üçün bahadır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında “Kredit Büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“İnsanların ən çox istifadə etdikləri maliyyə xidməti bank kreditləridir. Amma kreditlərin aybaay azalmasını müşahidə edirik. Burda digər amillərlə yanaşı, kreditlərin maya dəyərinin artması ilə rol oynayır. Kredit bürosunun yaradılması bankların kredit tarixçəsini müəyyənləşdirməklə bağlı xərclərini, məsrəflərini azaldacaq ki, bu da son nəticədə bank kreditlərinin ucuzlaşmasına aparacaq” – deyə o, qeyd edib.

Palata rəhbəri qeyd edib ki, hazırda bank aktivlərində əsas yeri kreditlər turur: “Cəmi bank aktivləri 29 mlrd. manatdırsa, bunun 15 mlrd. manatı kredit, 6 mlrd. manatı nağd vəsait, 2-3 mlrd. manatı isə digər vəsaitlərdir”.

“Palatanın gördüyü son tədbirlər nəticəsində artıq əhalinin əmanətləri artmağa başlayıb ki, bu da əhalinin banklara inamının bərpasını göstərir. Lakin kreditlərdə hələlik azalma davam edir” – deyə R.Aslanlı bildirib.

скачать dle 12.1
Xəbər lenti