Bakı-Sumqayıt qatarının bələdçiləri qadınlar olacaq

9-09-2015, 17:53
0
Bakı-Sumqayıt qatarının bələdçiləri qadınlar olacaq
“Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq”. Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
 
O qeyd edib ki, həmin istiqamətdə çalışacaq xanım bələdçilər artıq müəyyənləşib: “Onların hər biri üçün ayrılan vəsait hesabına yeni formalar tikilib. Bakı-Sumqayıt qatarlarından sonra mərhələli şəkildə digər qatarlarda da yeni formalara keçiləcək”.
 
Qurum rəsmisi deyib ki, hazırda Bakı, Sumqayıt və Biləcəri sərnişin stansiyalarında avtomat turniketlərin və kassa köşklərinin quraşdırılması prosesi yekunlaşmaqdadır: “Bütün istiqamətlərdə işlər bitmək üzrədir Tarif Şurasının qiymətlərlə bağlı qərarını gözləyirik”.
скачать dle 12.1
Xəbər lenti