Bakı sakinləri nə qələr kirayə pulu ödəyir?

10-11-2016, 17:16
1 754
Bakı sakinləri nə qələr kirayə pulu ödəyir?

Bakı əhalisinin 86 %-i öz şəxsi mənzilində yaşayır. Bu barədə «ACT Azərbaycan» şirkətinin 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrində bildirilir.

Sorğuda iştirak etmiş respondentlərin 8 %-i kirayədə yaşadığını, 3% isə dost-tanış evində sığınacaq tapdığını  bildirir. Sorğuda iştirak edənlərin daha 3%-i ipoteka krediti ilə aldıqları evdə yaşadığını bildirib.

Kirayə mənzildə yaşayan respondentlərin 59 %-i aylıq əsasən 200-400 AZN ödəniş edir. 31 % respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 AZN-ə qədərdir. 400-600 AZN arası kirayə haqqı ödəyənlər sorğuda 2 % təşkil edib.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

скачать dle 12.1
Xəbər lenti