Maliyyə sektoruna sərmayə qoyuluşu 86,3% azalıb

26-12-2016, 19:36
0
Maliyyə sektoruna sərmayə qoyuluşu 86,3% azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 2,6 mln. manatı və ya 0,02%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 86,3% azalıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu sahəyə investisiyaların məcmu investisiya qoyuluşunda xüsusi çəkisi 0,14% təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib. Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 41,0%-ni təşkil edib.

скачать dle 12.1
Xəbər lenti