2017-ci ildə dövlət aparatlarının saxlanmasına nə qədər pul xərclənəcək?

28-12-2016, 15:43
0
2017-ci ildə dövlət aparatlarının saxlanmasına nə qədər pul xərclənəcək?

Prezident İlham Əliyev “2017-ci il üçün Azərbaycanın dövlət büdcəsi haqqında” qanunun tətbiqinə dair fərman imzalayıb.

Sənəddə digər xərclər sırasında icra və qanunverici hakimiyyət orqanlarının saxlanması üçün ayırmalar da yer alıb.

Turan məlumat verir ki, ümumilikdə 2017-ci ildə icra və qanunverici hakimiyyət orqanlarının saxlanmasına 558 mln. 339 min 828 manat ayrılıb.

Gələn il Prezident Administrasiyasının saxlanması 76 mln. 361 min 158 manat, Milli Məclis – 23 mln. 940 min 764 manat, Nazirlər Kabineti – 10 mln. 23 min 891 manata başa gələcək.

XİN-in saxlanması üçün büdcə xərcləri 9 mln. 963 min 208 manat təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyi – 5 mln. 80 min 944 manat, Səhiyyə Nazirliyi – 2 mln. 111 min 158 manat, Təhsil Nazirliyi – 9 mln. 292 min 955 manat, ASAN xidmət – 21 mln. 165 min 309 manat.

2017-ci ildə MSK-ya 2 mln. 338 min 626 manat ayrılacaq. Dairə seçki komissiyalarının saxlanması 7 mln. 554 min 244 manata başa gələcək. Seçici siyahılarının dəqiqləşdirilməsinə 6 mln. 138 min 794 manat ayrılacaq.

Ombudsman aparatının saxlanmasına 1 mln. 898 min 344 manat, Məhkəmə-Hüquq Şurasının saxlanmasına 646 min 920 manat ayrılacaq.

Dövlət büdcəsindən beynəlxalq fəaliyyətə və beynəlxalq təşkilatlara üzvlük haqlarına 229 mln. 69 min 761 manat ayrılacaq. Beynəlxalq maliyyə-kredit təşkilatları və ictimai-siyasi təşkilatlara üzvlük haqlarına 55 mln. manat ayrılacaq. Beynəlxalq fəaliyyət və digər belə tədbirlərə 20 mln. manat ayrılıb.

Müdafiə xərcləri ümumilikdə 2 mlrd. 642 mln. 92 min 672 manat, o cümlədən Müdafiə Nazirliyinə ayrılan xərclər 1 mlrd. 102 mln. 561, 773 min manat təşkil edəcək.

Milli təhlükəsizliyə ümumilikdə 111 mln. 929,106 min manat, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin saxlanmasına 93 mln. 752,960 min manat, Xarici Kəşfiyyat Xidmətinə 18 mln. 176,146 min manat ayrılacaq.

Müdafiə Sənayesi Nazirliyinin saxlanmasına 4 mln. 341 min 229 manat ayrılacaq. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi araşdırmalar üçün Müdafiə Sənayesi Nazirliyinə 2 mln. 642,144 min manat ayrılıb.

Müdafiə təyinatlı tədbirlərə və xüsusi layihələrə ayrılan xərclər 1 mlrd. 254 mln. 504 min manat təşkil edəcək.

2017-ci ildə hüquq-mühafizə orqanlarının saxlanmasına ümumilikdə 927 mln. 537 min 843 manat, o cümlədən DİN 412 mln. 507,111 min manat, Daxili Qoşunların Baş İdarəsi 152 mln. 564,939 min manat təşkil edir.

FHN-in saxlanmasına ayrılan xərclər 141 mln. 329,976 min manat, Xüsusi Dövlət Mühafizə Xidməti – 88 mln. 411,919 min manat, Baş Prokurorluq – 48 mln. 62,832 min manat, Hərbi Prokurorluq – 10 mln. 34,033 min manat təşkil edəcək.

скачать dle 12.1
Xəbər lenti