Dollar/TL rekord yenilədi – 3.77

10-01-2017, 16:39
0
Dollar/TL rekord yenilədi – 3.77

Siyasi sistem mübahisələri, geosiyasi və təhlükəsizlik riskləri ilə dünən rekord səviyyələrə qalxan Dollar/TL bu gün də yüksəlir.

Dünən günə 3.6580-dan başlayan məzənnə Noyabr ayı sənaye istehsalı göstəricilərindən sonra yüksəlişə keçmiş və mərhələli olaraq 3.74-ə çıxmışdı. Məzənnə saat 18:40-da 3.7440 ilə tarixi zirvəni test etmişdi. Türk Lirəsi dünən Bloomberg tərəfindən təqib edilən 24 inkişaf edən ölkənin pulları arasında ən pis performans göstərən pul vahidi olmuşdu.

Dollar/TL, Çərşənbə günü səhər saatlarındakı əməliyyatlarda rekord yeniləyib. Dollar, Türk Lirəsi qarşısında 3.77 səviyyəsinin üzərinə çıxaraq bütün zamanların rekordunu qırıb.

скачать dle 12.1
Xəbər lenti