Azərbaycanın ixracının 90 faizi neftin və qazın hesabınadır

14-04-2018, 15:39
17 804
Azərbaycanın ixracının 90 faizi neftin və qazın hesabınadır

2018-ci ilin yanvar-mart aylarında xam neft ixracı Azərbaycanın ümumi ixracının 80,06 faizini, təbii qaz 5,02 faizini, neft məhsulları isə 4,05 faizini təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 76,28 faizini, təbii qaz 10,22 faizini, neft məhsulları 3 faizini təşkil edib.

скачать dle 12.1
Xəbər lenti