Bir neçə yolda eyni vaxtda təmir gedir

19-09-2015, 17:42
0
Bir neçə yolda eyni vaxtda təmir gedir
Binəqədi rayonunun bir neçə küçəsində eyni vaxtda tikinti-təmir işlərinə start verilib. Azəryolservis ASC-dən verilən məlumata görə, rayonun Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində təmir işləri başlanılıb. Həmçinin Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində təmir işləri aparılır.
 
Süleyman Sani Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1120 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir. Burada uzun müddət təmir işləri aparılmadığına görə yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətə düşüb.
 
Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır.
 
Anoloji işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burda təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir.
скачать dle 12.1
Xəbər lenti