Neft ucuzlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti
1,5 ABŞ dolları, yaxud
2,15 % azalaraq
68,14 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti
66,68 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti
1,49 ABŞ dolları və ya
2,19% azalaraq
66,53 ABŞ dolları təşkil edib, Report xəbər verir.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti
70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti
2020-ci il aprelin
21-də (
15,81 ABŞ dolları), maksimal qiyməti isə
2008-ci ilin iyulunda (
149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı
31,65 %-dir.
скачать dle 12.1