FHN 35 nəfəri xilas etdi

1-10-2016, 05:46
0
FHN 35 nəfəri xilas etdi

Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

**

Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb. 

Nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.

“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”,- deyə məlumatda deyilir.

скачать dle 12.1
Xəbər lenti