30 min manatlıq əmlakı mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxılıb

7-11-2016, 17:42
0
30 min manatlıq əmlakı mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Aqşin Cəfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Cəfərova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, “Avrora” şirkətində sürücü ekspeditor işləyən A. Cəfərov Cinayət Məcəlləsinin 179. 1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham edilir. İttihama görə, o, 30 min manat dəyərində əmlakı mənimsəyib.

скачать dle 12.1
Xəbər lenti