Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunan direktoru Ceyhun Tofiqli hazırda dindirilir.
Bu haqda Zərdab rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, saxlanılan şəxsə hələlik cinayət işi açılmayıb:
“Hazırda müstəntiq Emil Qurbanov onun dindirilməsilə məşğuldur. Cinayət işi açılıb-açılmayacağı barədə məlumat bir qədər sonra veriləcək”.
Qeyd edək ki, noyabrın 15-də yayılan xəbərlərdə məktəb direktoru şagirdə təcavüz etməkdə ittiham olunub. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və saxlanıldığı qeyd edilib.
Təhsil Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, şagird Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib. (Modern.az)
***
Zərdab rayonun Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması ilə bağlı yayılan məlumatın maraqlı təfərrüatları məlum olub.
Şahhüseynli kənd sakinlərinin verdiyi məlumata görə, direktorla şagirdi arasında zorlama olmayıb:
“Ceyhun Tofiqli direktor deyil. Əslində, direktor əvəzidir. Qızın anası onları sadəcə söhbət edən yerdə tutub. Elə həmin anda da gedib olanlarla bağlı polisə şikayət edib. Polis də gəlib direktoru aparıb. Sonra şagirdi tibbi ekspertizadan keçiriblər. Məlum olub ki, onların arasında cinsi yaxınlıq olmayıb”.
Sakinlərin sözlərinə görə, direktor həbs olunan gün şagirdi ilə bir yerdə rayonda olublar:
“Zərdabda bir yerdə olub, qayıdıblar kəndə. Qız 11-ci sinifdə oxuyur. Direktor ailəlidir, gözəl yoldaşı və iki uşağı var. Elə həmin kəntdə yaşayır”.
Zərdab rayon İcra Hakimiyyəti Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması hadisəsinə münasibət açıqlayıb.
İcra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova açıqlamasında belə hadisənin baş verdiyindən məlumatlı olduğunu dedi:
“Hadisədən xəbərdarıq. Bilirik ki, belə bir narahatlıq baş verib, amma hadisə hansı formada olduğunu mən onu dəqiq bilmirəm”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev isə məsələdən xəbərsiz olduğunu dedi.
Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub.