8 yaşlı Hüseyni qaçıran "İŞİD"çiyə HÖKM OXUNDU

7-12-2016, 15:20
0
8 yaşlı Hüseyni qaçıran "İŞİD"çiyə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "İŞİD"çi kimi təqdim edərək 8 yaşlı uşağı qaçırıb atasından pul tələb etməkdə təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmə kollegiyasının hökmü ilə E.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu il mayın 9-da Sabunçu rayonunun Şuşa şəhərciyində baş verib. E.Məmmədov 8 yaşlı Hüseyni futbol öyrətmək, top hədiyyə vermək adı ilə aldadaraq evlərindən uzaqlaşdırıb, sahibsiz 3 mərtəbəli tikilidə əlini, ayaqlarını və ağzını bağlayaraq saxlamışdı. O, Hüseynin atası Elnur Ramazanovdan uşağın qaytarılması müqabilində 30 min manat istəmişdi. 8 yaşlı Hüseyn isə həmyaşıdı olan dostu vasitəsilə babası tərəfindən həmin tikilidə tapılmışdı.
скачать dle 12.1
Xəbər lenti