Gömrükçülərimiz mobil telefonların gətirilməsinin qarşısını alıb

7-12-2016, 15:32
0
Gömrükçülərimiz mobil telefonların gətirilməsinin qarşısını alıb
ovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Xəbər lenti