Elmar Vәliyevi güllәlәyәn haqqında ilginc mәlumat

5-07-2018, 14:24
29 564
Elmar Vәliyevi güllәlәyәn haqqında ilginc mәlumat
Yunis Sәfәrov Moskvada Leyla Әliyevaya atası haqda nәlәr deyib?

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisini güllələyən Yunis Səfərov barədə “Azadliq.info”ya maraqlı informasiya daxil olub.
Məlumata görə, 1983-cü il təvəllüdlü Yunis Səfərov 2008-ci ildə Moskvada keçirilən bir tədbirdə çıxış edib. Həmin tədbirə prezidentin qızı Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıb.
Moskvada ali təhsil alan və o zaman cəmi 25 yaşı olan Yunis Səfərovun çıxışı yetərincə sərt olub. Məlumata görə, o, birbaşa Leyla Əliyevaya xitab edərək deyib: “Sizin atanızın hakimiyyəti dövründə Azərbaycan xalqı rəzil günə salınıb. Ölkənin telekanallarında özü əxlaqsız olan adamlar vasitəsilə səhərdən axşama qədər millətə əxlaqsızlıq təbliğ olunur”.

Mənbənin sözlərinə görə, belə çıxışı gözləməyən tədbir iştirakçıları, xüsusən təhlükəsizlik qüvvələri bir-birinə dəyib.

Polad Bülbüloğlu çıxışçının kimliyilə maraqlanıb və onun özündən bu barədə soruşanda Yunis Səfərovun ona cavabı belə olub: “Mənim kimliyimi neynirsən? Hansı universitetdə oxuduğumu öyrənib, qovdurmaq üçün?”

Elmar Vəliyev və mühafizəçisi iyulun 3-də güllələnib. Onların hər ikisinin yaralı vəziyyətdə xəstəxanaya çatdırıldığı, hətta icra başçısının axşam saatlarında helikopterlə təcili Bakıya gətirildiyi bildirilir.
Yunis Səfərov isə hadisədən sonra həbs olunub.

скачать dle 12.1
Xəbər lenti