Bakıda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanılıb

11-02-2023, 15:48
5 807
Bakıda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

скачать dle 12.1
Xəbər lenti