21 illik cəza alan gəncəli “qanuni oğru” - Rəşad Gəncinski nədə ittiham olunurdu?

26-02-2023, 16:58
8 344
21 illik cəza alan gəncəli “qanuni oğru” - Rəşad Gəncinski nədə ittiham olunurdu?

“Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru... Mənim vəfat edən atam akademik olub”

Moskva Şəhər Məhkəməsi “qanuni oğru” Rəşad İsmayılovu (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edib. Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, o, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda, habelə iki nəfəri öldürməkdə və qanunsuz silah alverində (210.1-ci maddənin 1-ci hissəsi, maddənin 2-ci hissəsi) təqsirli bilinib. O cəzasını ciddi rejimli koloniyada çəkməlidir.  

Rəşad Gəncinski Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlı Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində suçlu bilinib. Bu qətlləri 2009-cu il mayın 15-də baş verib. "Kommersant" qəzeti xəbər verir ki,  azərbaycanlıların olduğu "BMW X5" markalı avtomobilə hücum təşkil edilib və onlar "TT" tapançası və "Kalaşnikov" avtomatından aldıqları güllə yarasından ölüblər. 

1562672316_66297537_2879910465357498_665337438272487424_n.jpg (112 KB)

İttihamda deyilir ki, qətllərə səbəb Moskvadakı meyvə-tərəvəz bazarı  uğrunda mübarizə olub. R. İsmayılov  paytaxta tərəvəz və meyvə tədarükünü nəzarətə götürmək istəyən tanınmış azərbaycanlı iş adamı Baxış Əliyevin (“Vaxa”) maraqlarından çıxış edib. Qətlin başqa mümkün motivi isə 2007-ci ildə Bakıda “Vaxa”ya yaxın olan iş adamı Raquf Rüstəmovun qətlinin qisası da ola bilər. T.İsmayılov məhkəmədə  təqsirini etiraf etməyib və müdafiə tərəfi ona bəraət verilməsini istəyib.  

İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində Abbas Səhhət adlanan yerdə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhələdə adı xırda cinayətlərə qarışıb.

Daha sonra onun da yolu Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Liderlik qabiliyyəti, Rusiyada olan azərbaycanlılar arasında olan hörməti Rəşadı "qanuni oğru”lara yaxınlaşdırıb.

images.jpg (3 KB)

2013-cü ilin fevralında Moskvada böyük "sxodka” keçirilir. Həmin "sxodka”da azərbaycanlı "qanuni oğrular”dan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) iştirak edib. "Sxodka”da "Rəşad Gəncinski” "qanuni oğru” kimi taclandırılıb.

Rəşad Gəncinski "qanuni oğru” adını aldıqdan bir qədər sonra Nadir Səlifova (Quli Bakinski) yaxınlaşmağa başlayıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bir müddət əvvəl iddia etmişdi ki, Rəşad Gəncinski qanqsterlər arasındakı söhbətlərdən birində Rövşən Lənkəranskinin onun əmri ilə "o biri dünyaya göndərdiklərini” deyibmiş.  

Qeyd edək ki, Rəşad Gəncinski 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı. Minsk Rayon Məhkəməsi  onun 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul vermişdi.  Amma Belarus Ali Məhkəməsi  onun hökmdən verdiyi şikayətə baxaraq  “qanuni oğru”nu həbsdən 8 il 3 ay əvvəl azadlıqa buraxılması barədə qərar qəbul etmişdi. 

Gəncinski həmin məhkəmədə  ililginc açıqlama da vermişdi. “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru... Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, əməkdar elm xadimi, elmlər namizədidir. 66 yaşında olan anam mənim himayəmdədir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”….

скачать dle 12.1
Xəbər lenti