Donald Tramp kimdir? FOTO

9-11-2016, 15:54
0
Donald Tramp kimdir? FOTO

Respublikaçı Donald Trump, ABŞ-da 60 ildən sonra siyasi karyera olmadan kresloya oturan ilk prezident oldu. Siyasətə sonradan girən Trump, Müsəlmanları və İspanları hədəf alan sözləri ilə reaksiya toplamasına baxmayaraq, ağ amerikalıların sıx dəstəyi ilə Oval Ofisdə oturmağa haqq qazandı. 70 yaşında prezident kürsüsündə oturacaq Trump, ABŞ tarixinin ən yaşlı prezidenti adını alacaq.

ABŞ-da dünən keçirilən 58-ci prezident seçkilərini qazanan Respublikaçılar Partiyasının namizədi, iş adamı Donald Trump, əhəmiyyətli bir sürprizə imza ataraq ABŞ-ın 45-ci prezidenti oldu.

ABŞ-da 1 Fevral 2016-da Iowa-dakı seçkilərlə başlayan 58-ci prezident seçkisi prosesi, dünən ölkənin 50 əyalətində və paytaxt Vaşinqton DC-də keçirilən seçkilərlə başa çatdı.

Təcrübəli rəqibi keçmiş xarici işlər naziri, Demokratiya Partiyasının namizədi Hillari Klintonu geridə qoyaraq Ağ Evə çıxmağa haqq qazanan Trump, ABŞ-da 60 ildən sonra siyasi karyerası olmadan kresloya oturan ilk prezident oldu və əhəmiyyətli bir sürprizə imza atdı.

70 yaşında prezident kürsüsündə oturacaq Trump, ABŞ tarixinin ən yaşlı prezidenti titulunu da alacaq.

Nyu-Yorkda 14 İyun 1946-cı ildə Frederick ve Mary MacLeod Trump-ın beş uşağının dördüncüsü olaraq dünyaya gələn Trump, Alman əsilli Amerikalı iş adamı Frederick Trumpın nəvəsidir.

Trumpın nənəsilə babası Avstriyanın Baden şəhərindən ABŞ-a mühacirət etmişdilər.

Donald Trump 60-cı illərin əvvəlində “High School”u, pis oxuması və gedişi səbəbindən tərk etmək məcburiyyətində qalıb. Sonra hərbi akademiyada oxuyub.

Əmlak dəllalı olan atasının da təşviqi ilə Trump, gənclik illərindən etibarən əmlak dünyasına maraq salıb.

1968-ci ildə Pensilvaniya Universitetinin İqtisadiyyat fakültəsindən məzun olan Trump, 1971-ci ildə atasının şirkətini nəzarətini götürdü və şirkətə “Trump” adını verdi.

Şirkətin mərkəzini Manhattan bölgəsinə köçürən Trump, tikdiyi otellərlə qısa müddətdə adını məşhurlaşdırdı.

2004-ci ildə ABŞ-ın NBC kanalında “Çıraq” (The Apprentice) adlı proqramı da aparmağa başlayan Trump, şou dünyasında şöhrətini bir az da artırıb.

SƏRVƏTİ 3,6 MİLYARD DOLLARDIR

Forbes jurnalı tərəfindən 2016-da “Dünyanın Ən Varlı 400 İnsanı” siyahısında yer alan Trump-ın 3,6 milyard dollar ətrafında sərvəti olduğu ehtimal edilir.

Seçki kampaniyasında, Trumpın son 18 ildir ki, vergilərini vermədiyi iddia edilib. Bu tez-tez mübahisə mövzusu olub.

NOBEL SÜLH MÜKAFATINA NAMİZƏD OLDU

ABŞ-da İslamofobik ritorikaları səbəbindən tənqid edilən Trump, 2016-ci ildə “güc ideologiyası ilə təmin etdiyi sülh tezisinin; Radikal İslam, İŞİD, nüvə güc sahibi İran və kommunist Çinə qarşı çəkindirici silah kimi istifadə edilməsi” səbəbilə Nobel Sülh Mükafatına namizəd göstərildi, ancaq mükafatı qazanmadı.

Trumpın prezident köməkçisi namizədi Mike Pence isə İndiana Qubernatoru vəzifəsində işləyirdi.

Daha əvvəl 3 dəfə evlənən Trump və 2005-ci ildən bəri Melania Trump ilə evli olan Trumpın 5 uşağı var.

ABŞ-ın 45-ci prezidenti olmağa haqq qazanan Trump, 20 Yanvar 2017-ci ildə keçiriləcək mərasimlə hazırkı prezident Barak Obamadan vəzifəni təhvil alacaq.

скачать dle 12.1
Xəbər lenti