İsrailli komandirin cibindən GÖRÜN NƏ ÇIXDI - Türkiyəni duyğulandıran HADİSƏ - FOTOLAR

26-02-2023, 17:11
7 991
İsrailli komandirin cibindən GÖRÜN NƏ ÇIXDI - Türkiyəni duyğulandıran HADİSƏ - FOTOLAR

Episentri Kahramanmaraş olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə gələn xarici axtarış-xilasetmə qrupları vəzifələrini başa vuraraq ölkələrinə qayıdıblar.

Kahramanmaraşda axtarış işlərinə qatılan İsrail Müdafiə Qüvvələrinin (İDF) axtarış-xilasetmə qrupu Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunların qatıldığı mərasimlə qarşılanıb.

Baş nazir Benyamin Netanyahu İsrail komandasına Türkiyədəki fəaliyyətlərinə görə təşəkkür edib: "İsrail xalqı sizinlə fəxr edir. Biz sizin işinizi izlədik, İsrail dövlətinin əsl və gözəl üzünü bütün dünyaya göstərdiniz".

63f727854e3fe1006c6275aa.jpg (78 KB)

Türkiyədə işlərə rəhbərlik edən komandir Qolan Vaç emosional anlar yaşadan qarşılanma mərasimindən danışıb. Komandir cibindən çıxardığı türk lirəsini göstərərək sikkənin arxasındakı əhvalatı danışıb:

"Türkiyədə keçirdiyimiz son axşam 9 yaşlı uşağı xilas etmək üçün çalışırdıq. 30 saatlıq gərgin işdən sonra uşağı dar tunelin sonunda görə bildik. Axtarış-xilasetmə qrupunun əməkdaşları oğlanın üzərini örtən betonları təmizlədilər. Həkim briqadasından biri ilkin tibbi yardım göstərmək üçün onun yanına getdi. İki il əvvəl qızını qəzada itirmiş bu feldşeri əvvəllər də tanıyırdım. Dağıntılar altında qalan uşağın başını yumşaq bir şəkildə sığallayaraq, onu uşağı sakitləşdirdi”.

63f7276f4e3fe1006c6275a5.jpg (72 KB)

Vaç uşağın ilk müdaxilədən sonra dağıntılar altından çıxarılmasını körpənin doğulması ilə müqayisə edib:

"Çətin fiziki iş idi. Uşağı betonların içindən alqışlarla xilas edərkən hər kəsin gözləri yaşla doldu. Tuneldən çıxanda uşağın dayısı yanımıza gəldi və onu xilas edən feldşerə qəpik verdi. Bunun pul dəyəri çox deyil, amma o, mənasını belə izah etdi: Yerli adətlərə görə, bu pul, əslində, doğum edən qadına verilir. Lakin doğuş çətin və mürəkkəbdirsə, pul doğum edən qadına deyil, dayəyə verilir".

63f727ec4e3fe1006c6275b3.jpg (106 KB)

Vaç türk xalqının işlədikləri müddətdə onlara sevgi ilə yanaşdığını deyib:

"Yerli xalq bizə inandıqlarını və güvəndiklərini dedi və bizdən kömək istədi. Hər kəs bizim dilimizi anladı. Bu, can qurtarmağın dilidir, bu sevgi dilidir”.

İsrailli komandirin cibindən çıxardığı pul ilə danışdığı əhvalat izləyiciləri təsirləndirib və Türkiyə mediası bu hadisəyə geniş yer verib.

скачать dle 12.1
Xəbər lenti