Qaraçılar haqqında bilmədiyiniz MARAQLI FAKTLAR

11-03-2023, 13:06
8 170
Qaraçılar haqqında bilmədiyiniz MARAQLI FAKTLAR

Qaraçılar haqqında indiyə kimi bilmədiyiniz maraqlı faktları təqdim edirik:

Bu xalqın öz himni, bayrağı olsa da, dövləti yoxdur. Heç vaxt ərazi iddiasında olmayıblar.

Bolqarıstanda yaşayan qaraçılar yeniyetməlik yaşına çatmış qızlarını açıq satışa, hərraca çıxarırlar. Kim daha çox qızıl versə, qız onundur.

Qızların 14 yaşda ərə getməsi normaldır. 19 yaşlı qız qaraçı ailəsində qarımış qız hesab olunur.

Qaraçı qızları toy gecəsinə qədər bakirə qalmalıdırlar. Toydan sonra bakirəliyi sübut edən yataq ağının təmtəraqlı nümayiş etdirilməsi ənənəsi hələ də qorunur.

Ərə gedən qız oğlanın ailəsi ilə yaşayır. Ana - ata ilə sonadək evin kiçik oğlu yaşayır.

Qaraçıların Hindistandan çıxdığını desələr də, tarixi faktlar onların İran və Roma İmperiyasından yayıldığını deməyə əsas verir. Kürdlər və qaraçılar bir - birlərinin dilini tərcüməsiz anlayırlar.

Avropa qaraçıları qızardılmış kirpi ətini çox sevirlər və ali qonaqlarına kirpi bişirirlər.
Qaraçı taborlarında ən hörmətli qadın ən çox uşaq doğub, böyütmüş qadındır.

Dünyada "dəniz qaraçıları" da yaşayırlar. Malayziya, Filippin, İndoneziyada dənizlərdə yaşayan qaraçıların ayaqları quruya nadir hallarda toxunur.

Qaraçı evlərində kişi birinci mərtəbədə oturubsa, qadının ikinci mərtəbəyə çıxması günah sayılır. Kişi həmişə, hər mənada üstündür.

Qaraçı evlərində mütləq oğul olmalıdır. Oğlan yoxdursa, onlar bu uşağı istənilən irqdən , millətdən övladlığa götürə bilərlər. Qaraçıların uşaq oğurlaması barədə deyilənlər də burdan yaranıb.

Bir qaraçı üçün ən ağır cəza öz icmasından qovulmasıdır.

Qaraçının saçını, saqqalını kəsmək namusuna toxunmaq anlamı verir.

Qaraçılar əslində tək bir xalq deyil, qafqazlılar, slavyanlar dedikdə neçə çoxlu sayda millətlər nəzərdə tutulursa, qaraçılar da bir çox millətlərin toplumudurlar.

Avropa və şərq qaraçıları bir- birlərindən kəskin fərqlənirlər.

Evin tək oğlu olan qaraçı gənclər bir qulaqlarına sırğa taxırlar.

Qaraçılar fabrik və zavodda işləməyi, torpaq işləri görməyi sevmirlər. Onlar jurnalistlik peşəsindən də uzaq durmağa üstünlük verirlər.

Qaraçılar ölən adamın paltarlarını yandırırlar. Təmtəraqlı məzar hazırlamaq adətləri var.

Qaraçılar qızılı ən çox sevən xalqdırlar. Qızıl onlar üçün sabahkı günlərdən əmin olmaq üçün vasitədir.

Qaraçılar oğurluq etmədiklərini, sadəcə özlərinə lazım olan əşyanı götürdüklərini deyirlər. fala baxmağı və hipnozu hər qaraçı bilmir.

скачать dle 12.1
Xəbər lenti