Qubad İbadoğludan pensiya yaşının qaldırılmasına -Reaksiya

29-09-2015, 01:47
0
Qubad İbadoğludan pensiya yaşının qaldırılmasına -Reaksiya
"Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökümətin qarşısında vəzifə kimi qoyulsa da, bu o qədər də asan olmayacaq"
İqtisadçı alim Qubad İbadoğlu pensiya yaşının qaldırılması ilə bağlı  fikirlərini bölüşüb. 
Moderator.az yazını oxucularına təqdim edir:
"Pensiya yaşı 65-dək qaldırıla bilər.
Bu barədə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac olduğunu deyib. O variantlardan biri kimi pensiya yaşının 65-ə qaldırılacağını qeyd edib. 
Fikrimcə, pensiya yaşının gələn ildən 65-ə qaldırıla bilər. Bunun başlıca səbəbini pensiya fondunun maliyyə durumunun pisləşəcəyində görürəm. Hazırda Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. 
Birincisi, əmək pensiyası alanların sayı ildən ilə artır. Hazırda onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmək pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. 
İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Son illər dövlət büdcənin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacağı da indidən bəllidir. 
Digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçillməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökümətin qarşısında vəzifə kimi qoyulsa d,a bu o qədər də asan olmayacaq. Çünki, dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Bizdə isə bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökümətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər.
Məlumat üçün qeyd edim ki, BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5".
скачать dle 12.1
Xəbər lenti