Əflatun Amaşov da dövlət qurumlarının mətbuat xidmətindən narazıdır

22-11-2015, 17:03
0
Əflatun Amaşov da dövlət qurumlarının mətbuat xidmətindən narazıdır


“Bəzi dövlət qurumlarının mətbuat xidmətləri medianı vaxtında informasiya ilə təmin etmirlər”

“Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri vaxtında kütləvi informasiya vasitələrini informasiya ilə təmin etmirlər”.
 
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
 

 

Şura sədri bildirib ki, Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb: “Bəzi mətbuat orqanları araşdırmalar aparmadan, IP xatirinə məlumat yaydılar. Bu xəbərləri bilərəkdən, ajiotaj yaratmaq xatirinə yayan saytlar da olur. Təsəvvür edin ki, hadisələr baş verir, informasiya baş alıb gedir. Bir müddətdən sonra haqqında yazılan qurumun mətbuat xidməti yayılan xəbərlərlə bağlı təkzib verir”. 
скачать dle 12.1
Xəbər lenti