Mehman Əliyev Konqresdə baxılacaq aktdan danışdı

29-01-2016, 16:49
0
Mehman Əliyev Konqresdə baxılacaq aktdan danışdı
Azərbaycanda neft erası başa çatır. Ölkə prezidenti də artıq bəyan edib ki, biz postneft dövrünü yaşayırıq. Neft erasının başa çatmasının isə ölkəmizə iqtisadi və sosial baxımdan təsirləri ortadadır. Bəs neft amilinin ortadan qalxmasının Azərbaycanda demokratik proseslərə də hansısa şəkildə təsiri olacaqmı? İndiyə qədər neftə görə Azərbaycanda demokratik proseslərə biganə olan beynəlxalq birliyin münasibətinin bundan sonra dəyişməsi gözlənilirmi?
 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, hər iki suala müsbət cavab vermək üçün əsaslar var. Neft amilinin xeyli dərəcədə aradan qalxması demokratiyaya təsirsiz ötüşməyəcək: “Xatırlayırsınızsa, 1990-cı illərdə neft çox ucuz olanda Azərbaycanda demokratiya az-çox var idi. Ölkədə siyasi partiyaların fəaliyyəti üçün müəyyən imkanlar var idi, kütləvi toplaşmaq azadlığı, azad media mövcud idi. Neftin qiyməti artdıqca, neft amili möhkəmləndikcə, demokratiyanın durumu ağırlaşdı, demokratiya boğuldu. İndi neftin qiyməti təxminən 1990-cı illərdəki qiymətə yaxınlaşıb, dünya bazarına İran nefti çıxacaq və sair faktorlar neft amilini aradan qaldırır. Bu, o deməkdir ki, biz yenidən qayıdacağıq 1990-cı illərdəki vəziyyətə. Demokratiyanın, azadlıqların çərçivəsinin genişləndirilməsi qaçılmaz olacaq. Çünki islahatlar aparılmalıdırsa, bu qaçılmazdır”.
 
M.Əliyev vurğuladı ki, neft amili aradan qalxdıqca demokratiyaya beynəlxalq birliyin dəstəyi artacaq: “Demokratik proseslərə artıq dəstək var. ABŞ Konqresinin Helsinki Komissiyasında qəbul edilən və Konqresdə baxılması gözlənilən ”Azərbaycan demokratiya" Aktı da bunun bir sübutudur. Demokratik proseslərə təsirlər getdikcə ciddiləşəcək, əməkdaşlıq genişlənəcək".
скачать dle 12.1
Xəbər lenti