Bütün Qərb korrupsionerlərə qarşı birləşir

14-05-2016, 16:12
0
Bütün Qərb korrupsionerlərə qarşı birləşir

Gültəkin Hacıbəyli: «Korrupsiyaya qarşı beynəlxalq mübarizə bizdən də yan keçməyəcək və ən çox gündəmə gələn ölkə Azərbaycan olacaq»

Xəbər verdiyimiz kimi Londonda keçirilən antikorrupsiya sammitində korrupsiyaya qarşı mühüm sənəd qəbul edilib. Sammitə qatılan 40 ölkənin nümayəndələsinin imzaladığı sənəddə mühüm məqamlar əksini tapıb. Qeyd olunur ki, yeni texnologiyalar vasitəsilə insanların korrupsiyaya qarşı mübarizə imkanları genişlənməlidir. Korrupsionerlərin çirkli yollarla əldə etdiyi vəsaitlər isə əsl sahiblərinə qaytarılmalıdır.

Böyük Britaniya, ABŞ, Isvecrə, Kanada, Avstaliya və Yeni Zellandiya Interpolla birlikdə Beynəlxalq Antikorrupsiya Mərkəzinin yaradılması qərarına gəliblər. Mərkəzin qərargahı Londonda yerləşəcək. Bu barədə məlumatı Böyük Britaniya baş nazirinin mətbuat xidməti yayıb.

Iyun ayından başlayaraq Britaniyada şirkətlərin real sahiblərinin reyestrinin açılması prosesi başlayacaq. Analoji addımları Fransa, Niderland, Nigeriya və Əfqanıstan da atacaq. Bu təşəbbüsə daha sonra Avstraliya, Yeni Zellandiya, Iordaniya, Indonoziya, Irlandiya və Gürçüstan da qoşulacaq. Böyük Britaniyada əmlakı olan xarici şirkətlər real sahibləri haqında məlumat verməyə məcbur ediləcəklər. Bununla yanaşı Böyük Britaniya yuridiksiyası altında olan və ölkənin sərhədlərindən kənarda yerləşən ərazilərdə yerləşdirilmiş aktivlərin sahibləri haqqında da bütün məlumatları açacaqlar.

“Biz öz daşınmazÿəmlak bazarımızı təmizləyəcək vəÿ korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur” – deyə Kameron yazıb.

Baş nazirÿ əlavəÿ edib ki, daşınmazÿ əmlakın alqı-satqısı iləÿ məşğul olan agentliklər mülk almaq istəyənÿ əcnəbilərdən pulun mənşəyi vəÿ mənbəyini xəbər almalı olacaqlar. Artıq alınmış mülklərin sahibləri isə pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda, bu mülklər müsadirəÿ olunacaq.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu Azərbaycandan adı Panama sənədlərində olanların siyahısınıÿ dərc edib. Bu siyahı ofşor zonalarda hesab, müəssisə və ya mülkləri olanları göstərir. Siyahıda 127 nəfərin adı var. Onların içində ölkənin hakim ailəsinin üzvləri də yer alır. Siyahını təqdim edirik.

Siyasi ekspertlər hesab edir ki, əslində bu Qərb dünyasının tətbiq etdiyi sanksiyanın bir növü sayıla bilər.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, hazırda baş verənlər çox ciddi strateji dəyişikliklərin baş verdiyinin təzahürüdür. G.Hacıbəylinin sözlərinə görə, Londonda keçirilmiş qlobal anti-korrupsiya sammitinin və korrupsiyaya mübarizə istiqamətində atılan addımlar məhz böyük strategiyanın tərkib hissəsidir: “Təsadüfi deyil ki, Kameron da çıxışında bəyan edib ki, bu addımlar hələ yolun başlanğıcıdır. Bundan sonra daha cəsarətli və sərt addımlar atılacaq. Artıq bir neçə gündür ki, dünya gücləri, ABŞ, Avropa ölkələri dünyada korrupsiyaya, diktatura rejimlərinə qarşı mübarizənin zərurətindən danışırlar. Təəssüflər olsun ki, bu gün də bu məsələ aktuallığını itirməyib. Bu mübarizənin zərurəti ondan irəli gəlir ki, bu gün diktatura rejimlərinin altında çirkli pullar, qeyri-şəffaf idarəetmə durur. Bu baxımdan düşünürəm ki, çox vacib prosesdir”.

Sözügedən məsələnin də Azərbaycandan yan keçməyəcəyini deyən G.Hacıbəyli vurğuladı ki, əksinə bu istiqamətdə ən çox gündəmə gələn ölkələrdən biri Azərbaycan olacaq: “Panama sənədləri ilə bağlı Azərbaycanla əlaqəli bir çox məlumatların gündəmə gətirildiyini görürük. Beynəlxalq jurnalistlərin xətti ilə bir çox araşdırmaların şahidi olduq. Bütövlükdə dünya şəffaflığa doğru gedir. Londonda keçirilən sammit də dünyanın aparıcı ölkələrinin bu məsələdə iradə sahibi olduğunu ortaya qoyur. Avropa Birliyinin, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın konkret iradəsi ortadadırsa bu problem həllini tapacaq. Korrupsionerlər, diktatorlar da bu prosesin qarşısını almaq gücündə deyillər. Ola bilsin ki, onlar pul baxımdan zəngindirlər. Amma onların dünya ilə qarşıdurmaya getməyə gücü yoxdur”.

Prosesin Londondan başlamasının da təsadüfi olmadığını deyən G.Hacıbəyli vurğuladı ki, Kameron da açıq bəyan edib ki, korrupsionerlərin Londonda mülki olmamalıdır: “Məlumdur ki, London dünyanın biznes mərkəzidir. Adı korrupsiyada hallananların bir çoxunun Londonda əmlakı var. Ona görə prosesin Londondan başlaması özü də siyasi niyyətin ciddi olmasının göstəricisidir”.

скачать dle 12.1
Xəbər lenti