Hakimiyyət Fransa telekanalını niyə məhkəməyə verdi?

12-09-2015, 10:23
0
Hakimiyyət Fransa telekanalını niyə məhkəməyə verdi?

«Fransa ictimai televiziyasının məhkəməyə verilməsi Azərbaycan hakimiyyətinin ifşası ilə nəticələnəcək»

Xəbər verdiyimiz kimi Azərbaycan hakimiyyəti Fransanın ictimai televiziyasını – “France 2″ telekanalını məhkəməyə verir. Telekanalla yanaşı, onun iki əməkdaşı da böhtanda təqsirləndirilərək məhkəməyə verilir. Buna səbəb isə telekanalda yayımlanmış ”Cash Investigation” proqramının 7 sentyabr verilişində Azərbaycanın “diktatura ölkəsi”, prezident Ilham Əliyevin isə “despot” adlandırılmasıdır.

“Verilişinÿ əvvəlində jurnalistlər Eliz Lüsi və Loran Riçar Azərbaycanı dünyanınÿ ən amansız diktaturalarından biri kimi təqdim edir”, – deyəÿ Azərbaycan hakimiyyətinin vəkili, bu həftə ÿtelekanala və onun ikiÿ əməkdaşına qarşı iddiaÿ ərizəsini məhkəməyə ÿtəqdim etməyə ÿhazırlaşan Olivye Pardo bildirib.

Amma baş verənlər bir neçə sual yaradır. Fransa Azərbaycan hakimiyyətinin ən yaxın siyasi müttəfiqi sayılır. Lakin son zamanlar məhz Fransa Azərbaycan hakimiyyətinin korrupsiya əməllərinin ifşa olunmasında aktiv rol oynayır. Nə baş verir? Bu cür dəyişikliyə səbəb nədir? Azərbaycan hakimiyyətinin məhkəməyə müraciət etməsinin hər hansı perspektivi varmı?

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Azərbaycan hakimiyyətinin Fransanın ictimai kanalını məhkəməyə verməsi iqtidara qarşı ünvanlanan “diktator” ifadəsinin düz olduğunu göstərir. N.Məmmədlinin sözlərinə görə, mətbuatı söylədiyi fikrə, müxtəlif yanaşma sərgiləməsinə görə məhkəməyə vermirlər: “Bu faktın özü göstərir ki, Azərbaycanda mövcud olan rejim diktaturadır: ”Fransa ictimai televizyiası dünyada nüfuzlu KIV-lərdən biridir. Orada böyük təcrübəyə malik olan, həm də beynəlxalq konvensiyanın tələblərəini yaxşı bilən peşəkarlar var. Bu mənada onlar hər hansı insanın şəxsiyyətini təhqir etməzlər”.

Azərbaycan vətəndaşı olaraq hakimiyyət barəsində deyilən fikirlərə şübhə etməyən N.Məmmədli bildirdi ki, beynəlxalq məhkəmələr də iqtidara ünvanlanan ifadələrin həqiqətə uyğun olduğunu inkar etməzlər: “Ona görə də bu məhkəmə prosesi Azərbaycan hakimiyyətinin çox ciddi mənada ifşa olunması ilə nəticələnəcək. Bu məhkəmə işinin hüquqi müstəvidə uğur qazanmaq şansı yoxdur. Diktatura necə olur? Diktatura rejimi öz vətəndaşına qənim kəsilən, onun haqqını, qazancını mənimsəyən, düşüncəsinə görə insanları həbs edən idarəçiliyə  deyilir”.

N.Məmmədli əmindir ki, Fransa ictimai televiziyasının məhkəməyə verilməsi hakimiyyətin ifşası ilə nəticələnəcək. “Çünki hazırda yalnız bir KIV Azərbaycan hakimiyyətini diktator adlandırırsa, məhkəmə başlayandan sonra bütün beynəlxalq mətbuat bu məhkəmə haqqında yazacaq”, deyə N.Məmmədli vurğuladı.

Nurəddin Məmmədli

скачать dle 12.1
Xəbər lenti