Azərbaycan neftinə alternativ gəlir mənbəyi tapıldı

29-08-2015, 21:57
0
Azərbaycan neftinə alternativ gəlir mənbəyi tapıldı


Natiq Cəfərli: "Ərəblər neftin litrini 27 sentə satıb, suyu 2 dollara alırlar"

 

Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev çıxışında neft və qazı unudub, alternativ istehsal sahələrinə diqqət yönəltmək barədə fikir bildirmişdi. FaktXəbər-in məlumatına görə, iqtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərli bununla bağlı olduqca ciddi sayılacaq fikir irəli sürüb. N.Cəfərli bildirir ki, Azərbaycanın mineral su ehtiyatları neftə alternativ ola bilər: 
 
"Dünyada məşhur bredlərdən biri olan Nestle şirkəti 2015-ci ilin ilk rübü ilə bağlı dəqiqləşdirilmiş məlumatlar açıqlayıb, tək 3 məhsul, KitKat, Nescafe və Perrier üzrə satışlar 0,5% artaraq 21 mlrd. dollar təşkil edib. Məşhur su markası olan Perrierin satışları bu həcmin 30%-ə yaxınını, yəni, 7 mlrd. dollarını təşkil edib. Bu suyun dünyada ortalma satış qiyməti litri 2 dollar civarındadır. Ən çox satış olan ölkələr sırasında neftlə zəngin Ərəb ölkələridir.
 
Ərəblər isə 1 barel, 159 litr nefti indi 43 dollara, yəni, litrini 27 sentə satırlar. Amma mineral suyu Nestledən litrini 2 dollara alırlar. 
 

 

Bizim ölkəmizdə də mineral suların istehsalı və ixracatı üçün kifayət qədər imkan, resurs var, sadəcə ağılla, biliklə, normal rəqabətli və ədalətli mühit yaratmaqla bu üstünlüklərdən ölkə yüzmilyonlarla dollar pul qazana bilər. Qonşu Gürcüstan tək mineral su ixracatından ildə 250-300 milyon dollara yaxın pul qazanır."
скачать dle 12.1
Xəbər lenti