Hökumətin dərmanlarla bağlı şousu baş tutmadı

13-10-2016, 21:44
0
Hökumətin dərmanlarla bağlı şousu baş tutmadı

Qiymətlərdə əhəmiyyətli bahalaşma baş verib

Bir müddət əvvəl hakimiyyət dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini və qiymətlərdə ucuzluq olacağını bəyan etdi. Bununla bağlı müəyyən addımlar da atıldı. Mətbuata siyahılar ötürüldü, dərmanların ucuzlaşdığı barədə təbliğat başlandı və s. Hələ o zaman ekspertlər bildirirdi ki, bu şoudan başqa bir şey deyil. Mövcud reallıq da bunu göstərir. Məsələn, redaksiyamıza müraciət edən vətəndaşlardan biri bildirir ki, ötən ayın sonlarında aptekdən “Libeksin” adlı dərman alıb: “Həmin vaxt bu dərman 4 manat 60 qəpiyə satılırdı. 10 gün keçəndən sonra yenə də bu dərmana ehtiyacım yarandı. Bu dəfə dərmanı mənə 9 manat 80 qəpiyə satdılar. Soruşdum ki, niyə bu qədər bahalaşıb? Dolların bahalaşmasını əsas gətirdilər. Halbuki sentyabrın 17-də bu yana dolların kursunda əhəmiyyətli dərəcədə bahalaşma müşahidə olunmayıb”. Araşdırmalarımız zamanı bəlli olub ki, əksər dərmanların qiymətində 50-100 faiz civarında bahalaşma baş verib. Beləliklə, hökumətin növbəti şousu da baş tutmadı.

скачать dle 12.1
Xəbər lenti