Uşaqların yaşayış minimumu 2 dəfə artıb

22-11-2016, 16:27
0
Uşaqların yaşayış minimumu 2 dəfə artıb

İqtisadi Tədqiqatlar Mərkəzi  (İTM) yaşayış minumumunun gerçək dəyərini hesablayıb. Nəticələrə görə, oktyabr ayında yaşayış minumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub.

Rəsmi rəqəmlər

2017-ci il yanvarın 1-dən yaşayış minimumu

ölkə üzrə 155 manat,

əmək qabiliyyətli əhali üçün 164,5 manat,

pensiyaçılar üçün 130,2 manat,

uşaqlar üçün 136,6 manat

məbləğində müəyyən ediləcək.

Rəsmi rəqəmlərin reallığını yoxlamaq üçün İTM  ekspertləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minumunun dəyəri hesablanıb.

Real vəziyyət

İTM ekspertlərinin cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalar görə, yaşayış minumunun dəyəri

əmək qabiliyyətli əhali üçün 253,4 manat,

pensiyaçılar üçün 199,9 manat,

uşaqlar üçün 259,9 manat olub.

Uşaqların təlabatı 2 dəfə artıb

Göründüyü kimi, ötən aya olan yaşayış minumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən  əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz  çoxdur . Hesablamalar arasında daha böyük kənarlaşma-  2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumun dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minumunun dəyərinin yuxarı olmasınn başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.

Eyni zamanda, İTM-in apardığı gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minumunun dəyərində payı 61 faiz təşkil edib.

Beləliklə, ərzaq xərcləri pensiyaçıların yaşayış minumunun dəyərində daha çox paya malikdir.

скачать dle 12.1
Xəbər lenti