Son sutkada 45 nəfər koronavirusa yoluxdu - ÖLƏNLƏR VAR

11-03-2023, 13:08
7 022
Son sutkada 45 nəfər koronavirusa yoluxdu - ÖLƏNLƏR VAR

Azərbaycan Respublikasında 45 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, 10 142 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 808, hazırkı dövrədək isə 7 538 679 test aparılıb.

скачать dle 12.1
Xəbər lenti