Bu qadınlar ərlərindən daha məşhurdur – FOTO

1-09-2015, 01:30
0
Bu qadınlar ərlərindən daha məşhurdur – FOTO

Əvvəl ondan uşaq dünyaya gətirdi, sonra ailə qurdu.

Əslində onlar gördüyü işlərlə yaxşı tanınır. Hətta bəziləri dünya səviyyəsində tanınmış insanlardır. Amma onların şöhrəti aşiq olub evləndikləri qadınların şöhrətindən geridə qalır. Hər kəs onlardan  “gözəl aktrisanın əri”, “mükafatlı ulduzun uşaqlarının atası”  və s. deyərək söz açır.

Hollivudun şöhrəti bütün dünyaya yayılmış qadınları və özlərindən “daha az” məşhur olan ərlərinin siyahısını təqdim edir.

Natalie Portman - Benjamin Millepied

Uşaqlıq illərindən bəri kamera qarşısında olan Natalie Portman 30 yaşına belə çatmamış karyersının zirvəsinə qalxdı. Ona Oskar qazandıran “Qara Qu quşu” (“Black Swan”) filmiylə həyatı tamamilə dəyişdi. Filmin çəkilişləri zamanı tanış olduğu fransız rəqqas və xoreoqraf Benjamin Millepied-ə aşiq oldu. Əvvəl ondan uşaq dünyaya gətirdi, sonra ailə qurdu. Portmanın əri da Fransada tanınmış  xoreoqraf idi. Ancaq Portman ilə birlikdə olmağa başladığı andan etibarən Hollivudla yanaşı bütün dünyanın marağını çəkməyə başladı.

Scarlett Johansson- Romain Dauriac

Johansson dünyanın ən məşhur kino aktrisalarındandır. İlk ailə həyatını ən az özü qədər göz önündə olan, atdığı hər addımla paparazzilər tərəfindən təqib edilən aktyor Ryan Reynolds ilə qurub. Amma cütlük çox keçmədən yollarını ayırdı. Bir müddət sonra da fransız jurnalist Romain Dauriac ilə yolları kəsişdi. Onunla gözlərdən uzaq bir birlikdəlik davam etdirməyə çalışdı. Cütlü evləndi və bir qız uşaqları dünyaya gəldi.

Julia Roberts- Daniel Moder

Roberts bir çox məşhur kişilərlə sevgi münasibətləri yaşayıb. Liam Neeson, Jason Patrick, Kiefer Sutlerland - gözəl aktrisanın eşq yaşadığı məşhurlardan bəziləridir. Amma sonda “Meksikalı” filminin çəkilişləri zamanı tanış olduğu operator Daniel Moder-ə aşiq oldu. Onunla yalnız ailə üzvləri və yaxın dostlarının qatıldığı bir mərasimlə ailə qurdu. Cütlüyün üç uşağı və xoşbəxt bir evliliyi var.

Julianne Moore - Bart Freundlich

Əslində Moore də, əri Freundlich də kino sahəsinin tanınan simalarıdır. Cütlük Freundlich-in  rejissorluq etdiyi, Moore-un da rol aldığı “The Myth of Fingerprints” filminin çəkiliş meydançasında tanış olub. Amma Moore şöhrəti ilə o zaman ərini geridə qoymuşdu. Gözəl aktrisa müsahibələrinin birində  “Bu qədər filmdə oynadım, bir çox mükafat qazandım. Amma mənə həyatımın ən gözəl rolunu bir yoldaş və ana olaraq Bart verdi” demişdi.

Anne Hathaway- Adam Schulman

Gənc aktrisa Hathaway özü kimi göz önündə olan bir çox kişi ilə eşq münasibətləri yaşayıb. Amma sonda da ləl-cəvahirat dizayneri Adam Schulman ilə ailə qurdu. Toyunu da mediadan kənarda etdi. Uşaqları olmadığı üçün övladlığa uşaq götürməyi planlaşdıran cütlüün xoşbəxt bir evliliyi var.

James Righton - Keira Knightley

 Knightley-in əri Righton da musiqi sahəsinin adamıdır. Amma şöhrəti arvadının geridə qalır. James Rihton “Klaxons” adlı qrupun solisti idi. Cütlük 2011-ci ildə tanış oldu və iki il sonra  evləndi. Mətbuatda yer alan xəbərlərə görə James Righton qrup dağıldıqdan sonra maddi problemlərlə üzləşib. Amma bunu Keira Knightley-in gəliri sayəsində aşıb. Cütlüyün bir övladı var.

Jessica Alba- Cash Warren

Alba dünyanın ən gözəl və seksual qadınlarından biri olaraq öz yerini illərdir heç kimə buraxmır. Qüsursuz xarici görünüşə və onu tamamlayan uşaq kimi üz cizgilərinə malikdir. Bütün bu xüsusiyyətlər də “Fantastic Four” filminin çəkiliş meydançasında filimin istehsal assistenti kimi çalışan Cash Warren-in gözündən qaçmayıb. Cütlük uzun müddət davam edən sevgi münasibtlərindən sonra qısa bir ayrılıq yaşayıb. Amma sonda yenidən bir araya gələrək ailə həyatı qurdular. Cash Warren nə qədər Hollivud filmlərinin içərisində olsa da, hətta atası Michael Warren aktyor olsa da onun şöhrəti Jessica Albanın şöhrətindən geridə qaldı. Amma bu, cütlüün iki uşaqlarıyla birlikdə davam etdirdiyi xoşbəxt həyatına təsir etmir.

скачать dle 12.1
Xəbər lenti