Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar- FOTO

4-09-2015, 05:23
0
Bakirəliyini toy gününə qədər qoruyub saxlayan seks-simvollar- FOTO

Bakirəliyini toy gününə qədər qoruyub saxlamış Beyons, Adriana Lima və digər ulduzlar. Bu ulduzlar seks-simvol statuslarına baxmayaraq, qarşı cinslə intim əlaqəyə tələsməyiblər. Bəli, onlar yetərincə uzun müddət bakirə qalıblar və heç də bunu dilə gətirməkdən çəkinmirlər.

Beyons
Beyonsun sonradan əri olmuş prodüseri Cey Zi ilə eşq romanı 21 yaşından başlayıb. Buna qədər sənətçinin görüşdüyü gənc var idi. O ərindən qabaqkı sevgilisi ilə düz 7 il görüşüb - 12 yaşından 19 yaşınadək. Lakin bu qədər ciddi müddətə baxmayaraq, Beyons oğlanı ilə "növbəti mərhələyə" keçməyib. Hər halda müğənni özü bu etirafı edib. 


Cey Zi (Jay-Z) — Beyonsun ilk kişisi və əri.


Cessika Simpson
Müğənni 2002-ci ildə Nik Laşe adlı musiqiçiyə ərə gedir və cütlük toydan həmən sonra "Yeni evlənənlər" realiti-şousunun qəhrəmanları olurlar. Elə o zaman hər kəsə məlum olur ki, 22 yaşlı aktrisa bakirəliyi ilə ilk nikah gecəsində viladalaşıb. İş orasındadır ki, müğənni keşiş ailəsində böyüyüb və ata məsləhəti onlar üçün çox vacib olub. 


Nik Laşe — Cessika Simpsonun əri.


Liza Kudrou
"Dostlar" serialının ulduzu Liza Kudrou ilk və yeganə kişisi reklam mütəxəssisi Mişel Sterndir. Aktrisa onunla nişanlanarkən 32 yaşında olub! Düzdür, Liza nişanlısı ilə təklikdə qalmaq üçün toyu gözlədiklərini demir, amma onların arasında seks yalnız evlənmə qərarını dəqiqləşdirdikdən sonra baş verib. Üç ildən sonra onların Culian adlı oğulları doğulur. Aktrisanın hamiləliyi isə "Dostlar" serialında oynanılıb: onun qəhrəmanı Fibi arvadı ilə uşaq sahibi ola bilməyən öz qardaşı Frenk üçün surroqat ana rolunu oynayırdı. 


Mişel Stern — Liza Kudrounun əri.


Adriana Lima
Temperamentli model və "Victoria's Secret"in modeli iki şeyə ciddi yanaşır: dəb dünyasındakı öz karyerasına və xaçpərəstliyə. Lima - qısqanc katolikdir və nikaha qədər təmizlik onun üçün sadəcə söz deyil. Lenni Kravitsa özü belə gözəlçəni yoldan çıxara bilməyib. Musiqiçi Lima ilə 2002-ci ildən nişanlı olub, lakin bu münasibət toya və seksə qədər gedib çıxa bilməyib. Adriana bakirəliyi ilə 2009-cu ildə Ümumdünya sevgililər günündə, baskedbolçu Marko Yariçlə toyu günü ayrılıb. O zaman Limanın 27 yaşı vardı! Toya qədər cütlük üç il görüşsə də, aralarında intim münasibət olmayıb. Ailədə iki qız doğulub. Kiçik qız dünyaya gəldikdən sonra cütlük ayrılmaq qərarına gəlir.


Marko Yariç — Adriana Limanın keçmiş əri.

 

millixeber.org

скачать dle 12.1
Xəbər lenti